“Yaxşı oyun nümayiş etdirdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın müdafiəçisi Akim Zedadka deyib.
Əlcəzairli legioner Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda 2:0 hesabıyla qalib gəldikləri “Slaviya” ilə oyundan və komandanın qarşıdakı oyunlardakı hədəflərindən danışıb:
“Güclü rəqibə qarşı mübarizə apardıq, müdafiədə inamlı çıxış etdik və qapımızı toxunulmaz saxlayaraq iki qol vurduq.
Qarşılaşma fiziki baxımdan çətin keçdi, amma sona qədər mübarizə apardıq və istəyimizə çataraq qələbə qazandıq. Bakıda keçirdiyimiz bütün oyunlarda qələbə qazanmaq istəyirik.
Qarşıdakı görüşdə bizi fərqli və güclü rəqib gözləyir. Ümid edirəm ki, həmin matçda da uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.
