«Mən sadəcə onu deyirəm ki, insan işdə deyilsə, istirahət günüdürsə, onun harada olduğunu və başına nə gəldiyini bilə bilmərəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Mingəçevir»in baş məşqçisi Elman Sultanov deyib.
Əgər hansısa futbolçunun başına haradasa nəsə gəlibsə və bu hadisə iş vaxtında baş verməyibsə, klubun buna görə nə məsuliyyəti ola bilər?
«İşıqçılar»ın çalışdırıcısı bu mövzuda aşağıdakıları söyləyib:
«Futbolçu sərxoş halda işə gəlib və mən də onu o vəziyyətdə məşqə buraxmışam - belə bir halın olması mümkün deyil.
İnsan isti havada gündə iki dəfə qaçıb məşq edə, sonra da, onların yazdığı kimi, içki içə bilər? Bu, mənim üçün ümumiyyətlə anlaşılmaz vəziyyətdir.
Mən özüm də futbolçu olmuşam və müəyyən bir yol keçmişəm. Amma burada futbolçulara verdiyim yüklənmələr o qədər ağırdır ki, belə yüklənmədən adamın ürəyi dayana bilər.
Kimsə konkret olaraq mənə qarşı kampaniya aparmaq istəyir. Həmin adamın, ya da adamların kim olduğunu bilmirəm”.
