Skautları 18 yaşlı futbolçunu yaxından izləyir - “Sabah”ın rəqibinin

01:40 Almaniya 105
Skautları 18 yaşlı futbolçunu yaxından izləyir - “Sabah”ın rəqibinin

“Tottenhem”in yarımmüdafiəçisi Luka Uilyams-Barnett karyerasını Almaniya Bundesliqasının iddialı klublarından birində davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Dortmund “Borussiya”sının skautları 18 yaşlı futbolçunun inkişafını yaxından izləyirlər.

İngiltərəli yarımmüdafiəçiyə “Çelsi”, “Mançester Siti” və “Mançester Yunayted” də maraq göstərir.

Uilyams-Barnett 2025-ci ildən “Tottenhem”də çıxış edir. Hazırda o, London təmsilçisinin gənclər komandasının üzvüdür.

Bundesliqada beş turdan sonra 13 xal toplayan “Borussiya” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Komanda Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda, oktyabrın 20-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM