Azərbaycan komandası Avropa çempionatında bürünc medal qazandı

04:10 Digər növlər 74
Azərbaycan komandası Avropa çempionatında bürünc medal qazandı

Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib.

"BWF AirBadminton European Continental Championships 2026" turnirində Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət yığmamız qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

C qrupunda mübarizə aparan milli İsveçrəni 3:1, Xorvatiyanı isə 3:0 hesabı ilə məğlub edib. Almaniya yığmasına 1:3 hesabı ilə uduzan badmintonçularımız qrupu ikinci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıblar.

1/4 finalda meydan sahibi Yunanıstan yığması ilə qarşılaşan komanda rəqibini 3:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib və bununla da Avropa çempionatının bürünc medalını təmin edib.

Finala vəsiqə uğrunda Türkiyə millisi ilə üz-üzə gələn təmsilçilərimiz 1:3 hesabı ilə uduzaraq qitə birinciliyini üçüncü pillədə başa vurublar.

Bu, Azərbaycanın AirBadminton üzrə Avropa çempionatlarında növbəti uğurudur. 2025-ci ilin sentyabrında Bakıda təşkil olunan ilk Avropa çempionatında Azərbaycan millisi qarışıq komanda yarışında finala yüksələrək gümüş medal qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…