Məşhur hücumçunun hamilə sevgilisi qəzaya düşdü

04:00 Hadisə 96
Məşhur hücumçunun hamilə sevgilisi qəzaya düşdü

“Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhenin sevgilisi, model Stefani Kim Ladviq İstanbulda qəzaya düşüb.

Sportinfo.az xəbər verir ki, hadisə Eyüpsultanda baş verib.

Stefani Kim Ladviqin idarə etdiyi avtomobil əvvəl qarşısındakı maşına, daha sonra isə əks istiqamətdən gələn digər nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, üç avtomobilə ziyan dəyib.

Səkkiz aylıq hamilə olan model ehtiyat məqsədilə xəstəxanaya aparılıb. Müayinələrdən sonra səhhətinin yaxşı olduğu bildirilən Ladviq evə buraxılıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…