“Real”ın yarımmüdafiəçisi Çud Bellingem gələcəkdə İngiltərə Premyer Liqasında çıxış etmək istəyir.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun karyerasının bir mərhələsində İngiltərə çempionatında oynamaq arzusu var.
Bununla belə, bu keçid onun yaxın gələcək üçün planlarına daxil deyil. Hazırda oyunçu bütün diqqətini Madrid klubundakı çıxışına yönəldib.
Bellingemin “Real”la müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 160 milyon avro qiymətləndirir.
