Nihat Kahveci "Fənərbaxça"ya "Sabah"ı nişan verdi: “Nümunə götürün"

02:00 Sabah 87
Nihat Kahveci "Fənərbaxça"ya "Sabah"ı nişan verdi: “Nümunə götürün"

Türkiyə millisinin keçmiş hücumçusu Nihat Kahveci Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Sabah” və “Slaviya” arasında Bakıda keçirilmiş oyun barədə şərh verib (2:0).

Sportinfo.az xəbər verir ki, Türkiyə mətbuatına danışan veteran futbolçu Azərbaycan çempionu haqda bunları deyib:

"Sabah”a afərin. Bu klubun məşqçilər heyətini, oyunçularını, klub prezidentini və rəhbərliyini təbrik edirəm.

Azərbaycanlı futbol azarkeşlərini də təbrik edirəm. Qeyd etmək istərdim ki, "Slaviya" gələn həftə İstanbula "Fənərbaxça" ilə oyun üçün gələcək.

Ümid edirəm ki, "Fənərbaxça" "Sabah"dan nümunə götürəcək və Çexiya komandasından üç xal ala biləcək".

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…