"Bu məlumatı haradan alıblar, bilmirəm, amma yalandır"

02:40 Problem 100
"Bu məlumatı haradan alıblar, bilmirəm, amma yalandır"

Bugünlərdə mətbuatda "Şəfa"nın müdafiəçisi Maudo Jarjue klubun borcuna görə qaldığı oteldən qovulduğu barədə məlumatlar yayılıb.

Sportinfo.az xəbər verir ki, qabmiyalı məsələ ilə bağlı pressing.az saytına açıqlama verib.

29 yaşlı mərkəz müdafiəçisi iddiaların həqiqəti əks etdirmədiyini bildirib:

"Məni oteldən çıxarmaları ilə bağlı məlumat doğru deyil. Belə bir şey heç vaxt baş verməyib.

Bu məlumatı haradan alıblar, bilmirəm, amma yalandır. Gəldiyim gündən bəri klubdan ehtiyacım olan bütün dəstəyi almışam".

Qeyd edək ki, Maudo Jarjue cari mövsümdə "Şəfa"nın heyətində Premyer Liqada 7 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM