Oyunçularla qalmaqal yaşadılar, narazılıq etdilər: "Aylardır maaş almırıq"

02:30 I Divizion 87
Oyunçularla qalmaqal yaşadılar, narazılıq etdilər: "Aylardır maaş almırıq"

I Liqada mübarizə aparan "Mingəçevir"in evdə "Şimal"a 1:4 hesabıyla məğlub olması azarkeşlərin narazılığına səbəb olub.

Sportinfo.az xəbər verir ki, oyun bitəndən sonra azarkeşlərlə futbolçular arasında qalmaqal yaşanıb.

Fanatlar oyunçuları zəif oynamağına görə qınayıb, futbolçular aylardı maaş almadıqlarını deyiblər.

Futbolçulardan biri üzünü azarkeşlərə tutaraq, belə tələbkardılarsa rəhbərlikdən hesab sormalarını, nə üçün maaşların verilmədiyinin cavabını almasını istəyib.

5 oyunda 4 məğlubiyyətlə üzləşən "Mingəçevir" 1 xalla 9-cu pillədə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM