“Mənim üçün əsas olan komandanın qələbə qazanmasıdır”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın legioneri Umarali Rahmonaliyev deyib.
Özbəkistanlı yarımmüdafiəçi komandanın qələbəsini şəxsi göstəricilərindən üstün tutduğunu vurğulayıb:
“Özüm qol vurub komandamız qalib gəlsə, buna çox sevinərəm. Amma fərqlənməsəm belə, komanda qələbə qazanırsa, bu da mənim üçün kifayətdir.
Qarşıda bizi daha çətin oyunlar gözləyir. Həmin matçlara tam hazır olmalıyıq.
Daha ciddi hazırlaşaraq indiki çıxışımızdan da yaxşı performans göstərmək istəyirik. Çünki bundan sonra daha güclü rəqiblərlə qarşılaşacağıq”.
