Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçını tribunadan izləyir.
Sportinfo.az xəbər verir ki, millimizin 25 yaşlı forvardı qarşılaşmaya milli komandanın direktoru İlqar Qurbanovla birgə baxır.
Müqavilə ilə Ukraynanın “Bukovina” klubuna məxsus olan R. Dadaşov zədə səbəbindən bir müddətdir ki, yaşıl meydanlardan uzaq qalıb. Hazırda Bakıda olan futbolçunun müalicə və reabilitasiya xərclərini AFFA öz üzərinə götürüb.

