Günel Bədəlova beynəlxalq federasiyanın vitse-prezidenti seçildi - FOTO

07:10 Digər növlər 79
Günel Bədəlova beynəlxalq federasiyanın vitse-prezidenti seçildi - FOTO

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı AQİNF-nin mətbuat xidməti məlumat yayıb.

Bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-nin Plenar Assambleyasında qəbul olunub. Tədbirdə Azərbaycanı Günel Bədəlova təmsil edib.

Assambleya çərçivəsində federasiyanın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib.

Günel Bədəlovanın ISMF-nin rəhbərliyində təmsil olunması Azərbaycanın beynəlxalq idman təşkilatlarında mövqeyinin möhkəmləndirilməsi, eləcə də qış idman növlərinin inkişafı sahəsində təcrübəsinin beynəlxalq səviyyədə təqdim edilməsi baxımından əhəmiyyətlidir.

Bu təmsilçilik, həmçinin xizək alpinizmi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, idmançı və mütəxəssislərin beynəlxalq idman mühitinə inteqrasiyasının gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM