"Turan Tovuz" məğlub olur - CANLI YAYIM

15:43 Premyerliqa 122
"Turan Tovuz" məğlub olur - CANLI YAYIM

Misli Premyer Liqasında VIII tura bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək.

Qonaqlar hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadır.

Tura Gəncədə yekun vurulacaq. "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Bölgə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir.

Turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.

15:00. "İmişli" - "Turan Tovuz" 1:0

Qollar: Dieqo Rollo, 25

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Gülnurə Əkbərzadə.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Yevlax şəhər stadionu

“İmişli”: 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 17. Seyxan Fərəcov 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 6. Yau Mozes 23. Dioqo Rollo 80. Deko

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 70. Mehdi Tahirov 3. Tuncay Yusifli 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 9. Dioqo Almeyda 8. Xuan Hernandes 42. Sebai Senin

Məşqçi: Ervins Perkons

"Turan Tovuz": 1. Oleq Baklov 5. Roderik Miller 21. Stiv Beusnar 3. Enrike Silva 23. Alexandro Serrano 77. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 7. Xorxe Silva 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau

Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 90. Jo Batista 19. Roberto Olabe 28. Aleksa Yankoviç

Baş məşqçi: Kurban Berdiyev

18:30. "Kəpəz" – "Zirə"

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.

VAR: Rauf Cabarov.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Gəncə şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti