Azərbaycanda bu liqada 73 komanda çıxış edəcək - PÜŞK ATILDI

18 Oktyabr 23:20 Region Liqası 120
Azərbaycanda bu liqada 73 komanda çıxış edəcək - PÜŞK ATILDI

AFFA Region Liqasının 2026/2027-ci illər mövsümünün zonalar üzrə püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə Sabirabad rayonunda keçirilən toplantıda liqanın yeni mövsümünün formatı təqdim olunub, infrastruktur məsələləri, məşqçi təlimləri və regionlarda kursların təşkili müzakirə edilib.

Görüşdə Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov, bölgə federasiyalarının nümayəndələri, AFFA-nın texniki direktorunun məsləhətçi-müşaviri Arif Əsədov, məşqçi təlimi üzrə rəhbər Aslan Kərimov, Kütləvi Futbol Departamentinin Futbol Layihələri şöbəsinin rəhbəri Fərid Nağdəliyev, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının rəsmisi Rüfət Əmirov, eləcə də AFFA-nın digər rəsmiləri iştirak ediblər.

Görüş zamanı Region Liqasının 2026/2027-ci illər mövsümünün yeni formatının yekunlaşdırılması, regionlarda məşqçilərin sertifikatlaşdırılması və maarifləndirilməsi üzrə planlar, həmçinin liqada iştirak edən komandaların infrastrukturunun zonalar üzrə bölgüsü və çatışmayan tərəflər müzakirə olunub.

Püşkatma mərasimində ilk dəfə olaraq regional federasiyaların prezidentləri rəhbərlik etdikləri zonaları təmsil ediblər.

2026/2027-ci illər mövsümündə AFFA Region Liqası 8 regional federasiyanın 36 şəhər və rayonunu əhatə edəcək. Yarışda iştirak edəcək 73 komandanın oyunlarının 39 stadionda keçirilməsi nəzərdə tutulub.

Bakı zonasının püşkatma mərasimi paytaxtda keçiriləcək. Liqanın oyunlarına noyabrda start veriləcək və mövsüm 2027-ci ilin may ayında başa çatacaq.

Püşkatmanın nəticələri ilə aşağıdakı siyahıda tanış ola bilərsiniz.

Mərkəz Zonası

A qrupu B qrupu

Beyləqan FK Bahar FK
Aran FK (Beyləqan) Mərcanlı FK
Olimpic Sabirabad Məzrəli FK
Mil İK İnşaatçı FK
Sabirabad FK Araz FK (İmişli)

Qarabağ zonası

A qrupu

Xocavənd FK
Naftalan FK
Goranboy OİK FK
Naftalan Gəncləri FK
Laçın PFK
Ərgünəş-Füzuli FK
Pambıqçı FK

Naxçıvan zonası

A qrupu

Sədərək FK
Əlincə FK
Babək FK
Xok FK
Arpaçay FK
Altay FK
Ordubad FK
Sirab FK

Şimal zonası

A qrupu B qrupu

Samur FK ŞKGB
Qaradağ Şıxlar Qobustan FK
Universal FA Xudat City FA
Mübariz (Binə) FK Qobu PFK
Ələt FK Vətən Naminə FK

Cənub zonası

A qrupu B qrupu

Ərkivan Masallı FK Alaz FK
Kürsəngi FK Biləsuvar FK
Viləş PFK Neftçala FK
Cəlilabad FK Lənkəran FK
Zəfər-44 Xıdırlı Salyan FK

Şimal-Qərb və Qərb zonası

A qrupu

Göyəzən PFK
Gənclik (Şəki)
VT Gəncə FK
Ərəş Sportinq FK
Göygöl FK
Qovlar PFK
Şəfəq FC
Balakən FK

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM