“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott karyerasını İngiltərə Premyer Liqasının top-klublarından birində davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.
İngiltərəli futbolçunun transferində əsas namizəd hazırda “Liverpul” hesab olunur. Bir müddət əvvəl isə xarici mətbuat Skottla “Çelsi”nin maraqlandığını yazmışdı. London klubu onunla bağlı marağını hələ də qoruyur.
“Bornmut” isə qış transfer dönəmində 23 yaşlı futbolçunun satışına razı ola bilər. Bunun üçün klubun 118 milyon avroluq təklif gözlədiyi bildirilir.
İngiltərə millisinin üzvü olan Skott bu mövsüm bütün turnirlərdə 6 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
