"Sabah” Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununa çıxacaq.
Azərbaycan çempionu 3-cü turda “Borussiya” Dortmund”la üz-üzə gələcək.
Doğma meydan amili, eləcə də azarkeş dəstəyi təmsilçimiz üçün üstünlük sayıla bilər.
“Borussiya” da dəstəksiz qalmayacaq.
Qarşılaşma günü Bakı Olimpiya Stadionunda təxminən 1500 alman azarkeşinin yer alacağı gözlənilir.
Almaniya klubunun nüfuzunu və azarkeş auditoriyasını nəzərə alsaq, bu rəqəm təəccüblü görünmür.
Oktyabrın 20-də keçiriləcək görüş saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
