Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Bukovina" səfərdə "Kudrivka"nın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Bu məğlubiyyətdən sonra 8 xalda qalan "Bukovina" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
"Kudrivka" - "Bukovina" 4:1
Qollar: D.Svityuxa, 3, A.Dumanyuk, 16-pen; İ.Petryak, 50, R.Ovusu, 79 // V.Daxnovski, 57-pen.
