Əvəzedicilər Liqasında 6-cı tura start verilib.
Sportinfo.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
“Turan Tovuz-2” – “Zirə-2” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Şamaxı-2” – “Araz-Naxçıvan-2” görüşü də qonaqların qələbəsi ilə yekunlaşıb.
“Turan Tovuz-2” – “Zirə-2” 1:3
Qollar: Nihat Qurbanzadə, 24-pen – Ömər Həsənli, 19. Murad Qurbanov, 21. Rauf Qafarov, 72.
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” 1:2
Qollar: Ceyhun Bağırzadə, 28-pen – İbrahim Piriyev, 33; 43.
