Premyer Liqa klubunun rəhbərliyi məcbur qaldı ki… Nəticə yoxdursa, pul da yoxdur!

12 Oktyabr 2024 16:40 Sumqayıt 2 691
Premyer Liqa klubunun rəhbərliyi məcbur qaldı ki… Nəticə yoxdursa, pul da yoxdur!

Premyer Liqanın ilk dövrəsində 7 xal toplayan «Sumqayıt»ın futbolçuları cəzalandırılıb.

Konfrans Liqasının ilkin mərhələsində «Fehervar»a uduzmuş, ardınca ölkə çempionatına uğursuz start vermiş «kimyaçılar» mükafatdan məhrum edilib.

Söhbət yarışın birinci yarısında əldə olunan 2 qələbə və 1 heç-heçəyə görə mükafatdan gedir.

Klub rəhbərliyi qeydə alınan göstəricilərdən kəskin narazıdır və etirafını bu formada bildirməyi lazım bilib.

Gərək Samir Abasov və oyunçular başa düşsün ki, belə çox getməz, özlərinə gəlməsi mütləqdir.

Turnir cədvəlində 8-ci olmaq «gənclik şəhəri» təmsilçisinə yaraşmır. Bu, təminat sarıdan problem yaşamayan kollektivə başucalığı gətirməyən vəziyyətdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR