Premyer Liqa klubunda iclas keçirildi, rəhbərlikdə dəyişiklik baş verdi

1 Dekabr 2023 20:20 Sumqayıt 613
Premyer Liqa klubunda iclas keçirildi, rəhbərlikdə dəyişiklik baş verdi

"Sumqayıt"ın Müşahidə Şurasının iclası keçirilib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 01.12.2023-cü il tarixdə Azərkimya İstehsalat Birliyinin inzibati binasında keçirilən iclası Müşahidə Şurasının (MŞ) sədri Abdulla Məmmədov açıb.

O, gündəlikdə duran məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verdikdən sonra klub prezidenti Riad Rəfiyev “Sumqayıt” Futbol Klubunun ötən təqvim ilindəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Klub prezidentinin təqdimatının ardınca Abdulla Məmmədov şəxsi işləri ilə əlaqədar MŞ-da təmsil olunmaq istəməyən Azərkimya İB-nin Həmkarlar İttifaqının sədri Aydın Xəlilov və keçmiş baş direktoru İmran Arzumanzadənin əvəzinə Birliyin baş direktoru Elnur Məmmədli və SOCAR-ın Aparat rəhbərinin müavini Ayxan Əliyevin Müşahidə Şurasına qəbul edilməsini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Daha sonra Abdulla Məmmədov digər işləri ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsindən istefa verdiyini, fəaliyyətinə sıravi üzv kimi davam etmək istədiyini, sədr kimi isə Elnur Məmmədlinin namizədliyini təklif etdiyini bildirib.

Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Müşahidə Şurasının yeni tərkibi və sədri müəyyənləşdikdən sonra klubun gələcək planları, qarşıdakı hədəflər və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"