Samir Abasovun bəyənməsi, I Diviziona düşmək narahatlığı

26 Yanvar 2023 11:40 Sumqayıt 592
Samir Abasovun bəyənməsi, I Diviziona düşmək narahatlığı

Premyer Liqada qalmaq «Sumqayıt»ın builki ən ciddi uğuru olardı.

Samir Abasov təhlükənin yaxınlaşmasının fərqindədir.

Dünən Zirədə də bunu etiraf elədi. Mətbuat konfransında jurnalistlərlə «xoş-beş» edən kimi mövzunu saldı və üstündə dayandı.

«Sumqayıt»ın sıxıntısı iki mövqe ilə məhdudlaşmır. Bütün xətlərdə boşluqlar nəzərə çarpır. Müdafiə və hücum planında özəlliklə.

Ümumiyyətlə, «Sumqayıt»ın arxa zonası sezonun əvvəlindəki kimi qəzalı durumdadır. Asan qollar yeyirlər.

Fərdi səhvər saya gəlmir. Vurğun Hüseynov meydanda deyilsə, corab söküyü kimi süzülə-süzülə gedir müdafiə xətti.

Vurğun Zirədə meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalınca, qonaqlar da böyrüüstə düşdü. Başlarını itirdilər, ta sona kimi tapa bilmədilər.

Samir Abasov debüt matçına çıxanları təriflədi. «Bəyəndim» söylədi. Bir bildiyi var yəqin.

Necə də olmasa, yeni gələnlərin hamısını özü seçib. Komandasının halını içdən bilərək, çatışmazlıqlarını görərək.

Təbii, biz də onlara qiymət verəcəyik. İki-üç tura fərq üzə çıxacaq. Nə dəyişib, nə dəyişməyib deyə.

Ümid edirəm ki, Samir Abasovun transfer bazarlığı əvvəlki klublarındakı kimi onu zor duruma, dilə-dişə salmaz, alıb bu sıxıntıdan qurtarar.

MUSA

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı