"Sabah”ın son saniyələrdə vurduğu 2 qolun SƏBƏBİ BİLİNDİ

17 May 2022 16:40 Sumqayıt 1 376
"Sabah”ın son saniyələrdə vurduğu 2 qolun SƏBƏBİ BİLİNDİ

“Sabah” – “Sumqayıt” matçında (2:2) yaşananlar Premyer Liqanın 27-ci turuna damğa vurdu.

Amin Seydiyevin ikinci hissənin əvvəlində qırmızı vərəqə alması, “kimayçılar”ın hesabı açıb növbəti dəfə fərqlənməsi, meydan sahiblərinin son saniyələrdə ardıcıl 2 qol vurması – qarşılaşmaya rəng qatan məqamlar idi.

“Tələbələr”in 2-3 dəqiqə artıq vaxtı olsaydı, qələbə topunu da vuracaqdılar. Sadəcə, zaman kifayət etmədi.

“Sumqayıt”ın kapitanı, bu oyundakı ilk qolun müəllifi Vurğun Hüseynov Sportinfo.az-a açıqlamasında son saniyələrdə komandasında yaşanan xaosdan danışıb.

Təcrübəli müdafiəçinin fikrincə, “tələbələr”in üstünlüyü tam ələ almasında 2 məqam rol oynayıb:

“Rəqibin əvəzetmələri sözünü dedi. Bildiyiniz kimi, baş məşqçiləri meydana birdən-birə üç hücumameyilli futbolçu buraxdı, hamısı da legioner.

Xulio Sezar Rodrigez güclü hücumçudur, sonradan oyuna qoşulanda qarşısını almaq çətin olur. Komanda yoldaşına qol ötürməsi verdi. Bizə problem yaradan əsas məqam rəqibin güclənməsi idi.

Özümüzə gəlincə, bəli, arxayınlıq oldu. 2 top fərqi ilə öndəydik, uzatma dəqiqələri gedirdi və heç kimin ağlına gəlməzdi ki, 2 dəqiqəyə 2 top buraxarıq.

Diqqətsizliyə yol verdik və acısını çəkdik. Matçdan sonra qazanılan 1 xala yox, itirilən 2 xala görə üzgün idik. 6-cı pilləyə yüksəlmək şansını heç nədən əldən verdik”.

“Sumqayıt” 56 (Vurğun Hüseynov) və 83-cü dəqiqələrdə (Rəhim Sadıxov) vurulan qollarla hesabda 2:0 önə keçsə də, “Sabah” 90+5-də Kristian Sebalyosun, 90+6-da Aleksey Kaşukun qolları ilə hesabı bərabərləşdirib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti