UEFA "Sumqayıt"ı cərimələyib.
buna komandanın evdə "Fehervar"a (Macarıstan) uduzduğu Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.
"Gənclik şəhəri" təmsilçisi 5 250 avro ziyana düşüb.
Avropa futbol qurumu beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib.
Görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.