COP29

"Azərbaycana gediş-gəlişin çətin olacağını deyə bilmərəm"

27 Sentyabr 13:40 Sizdən Bizə 688
"Azərbaycana gediş-gəlişin çətin olacağını deyə bilmərəm"

“Dinamo”nun (Minsk) nigeriyalı hücumçusu Stiven Alfred komandasının bu mövsüm Konfrans Liqasının əsas mərhələsinin ev oyunlarını Azərbaycanda keçirməsi haqda danışıb.

Sportinfo.az "bel.futbol" portalına istinadən xəbər verir ki, afrikalı forvard ev oyunları üçün Azərbaycana uçmağın onlara yorğunçuluq gətirməyəcəyini deyib:

"Azərbaycana gediş-gəlişin çətin olacağını deyə bilmərəm. Bəli, gediş-gəliş, uçmaq vaxt tələb edir.

Lakin bərpa üçün həmişə vaxtımız olur. Düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik.

Yayda bütün bunlardan keçdik və bəli, bəzən yol çox uzun çəkdi. Beləliklə, bizim artıq təcrübəmiz var və ümid edirəm ki, hətta uzun uçuşlardan sonra da nəticə göstərəcəyik".

Belarus çempionu ev oyunlarını Sumqayıtdakı Mehti Hüseynzadə adına stadionda keçirəcək.

Bu arenada onlar “Kopenhagen” (Danimarka), “Larne” (Şimali İrlandiya) və “Harts”ı (Şotlandiya) qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti