"Qalatasaray" Qarabağda

7 Avqust 2023 03:00 Sizdən Bizə 1 839
"Qalatasaray" Qarabağda

"Qarşıdakı müddətdə Qarabağda futbol matçı və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək".

Sportinfo.az xəbər verir ki, bunu "Qalatasaray"ın prezidenti Dursun Özbek deyib.

Funksioner bildirib ki, Avropada böyük hədəflərə doğru irəlilədikləri yolda Azərbaycanın dünya brendinə çevrilmiş, çox önəmli enerji şirkətinin kluba dəstək olması çox dəyərlidir: "

Prosesi yaxından izlədikləri üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm.

Türkiyənin ən böyük brendi "Qalatasaray" ilə SOCAR arasında bu əməkdaşlıq hər iki tərəfə böyük töhfə verəcək".

D.Özbək bu layihənin uzunmüddətli əməkdaşlığın ilk addımı olacağına inamını ifadə edib:

"Hesab edirəm ki, bu mühüm əməkdaşlığın 2023-cü ildə, yəni mərhum Heydər Əliyevin anadan olmasının 100 illiyində gerçəkləşməsi çox dəyərlidir.

Proses qardaş klubumuz "Qarabağ"la Bakıda keçirdiyimiz yoldaşlıq görüşü ilə başladı. Yaşadığımız böyük zəlzələ fəlakətinin yaralarını sarmaq üçün dəstəklərini göstərdilər.

Sağ olsunlar, var olsunlar. Qarabağ Azərbaycan və Türkiyə üçün çox vacib məsələdir. "Qalatasaray" öz mövqeyini göstərmək üçün məhz "Qarabağ"ı qardaş klub seçib.

Anlaşmamız "Qalatasaray"ımız və və türk idmanı üçün xeyirli olsun. Avropadakı uğurlarımızın da daimi olmasını arzulayıram".

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR