“Neftçi”ni izləyəcək məşhur: “Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim"

14 İyul 2021 14:20 Sizdən Bizə 2 669
“Neftçi”ni izləyəcək məşhur: “Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim"

Tbilisi meri Kaxa Kaladze “Neftçi” və “Dinamo” arasında bu gün “Bakcell Arena”da keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünü izləməyə gəlib.

Sportinfo.az xəbər verir ki, bu, ötənlərin məşhur futbolçusunun Bakıya rəsmi səfəri çərçivəsində gerçəkləşəcək.

Fəxri tribunada ötənlərin məşhur futbolçusu ilə birlikdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da yer alacaq.

Kaxa Kaladze 1993 - 1997-ci illərdə "Dinamo" (Tbilisi) komandasının formasını geyinib. O, 5 il ərzində 82 oyunda meydana müdafiəçi qismində çıxıb.
Bu dövrdə paytaxt komandası beş dəfə Gürcüstan çempionu olub.

Daha sonra Kaladze Ukraynanın "Dinamo" (Kiyev), İtaliyanın "Milan" və "Cenoa" klublarında çıxış edib.

“Əvvəllər nazir işləyəndə də Bakıya tez-tez gəlirdim. Bu şəhər memarlığı ilə ad çıxarıb. Son vaxtlarda Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib”.

Bakıda səfərdə olan Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərə verdiyi müsahibədə belə deyib.

Ölkəsində Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verildiyini deyən qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, bu səfərin iki paytaxt şəhər arasında münasibətlərin daha da inkişafı üçün böyük rol oynayacağını bildirib.

Gürcüstan paytaxtının meri həmçinin Bakının gözəlliyinə valeh olduğunu deyərək şəhərdə görülən quruculuq, yaşıllaşdırma və abadlıq işlərinə yüksək qiymət verib.

“Bakı çox təmiz şəhərdir. Bu şəhər gözəlliyi, mədəniyyəti, burada yaşayan insanları ilə seçilir”, – deyə qonaq fikrini çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti