Bölgə klubunda yeni mövsümlə bağlı VACİB QƏRAR

3 İyun 2024 22:20 Şamaxı 1 456
Bölgə klubunda yeni mövsümlə bağlı VACİB QƏRAR

Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "Şamaxı"da yeni mövsümlə bağlı hazırlıqlara start verilib.

Komandanı Birinci Liqada çempion edən Ramiz Məmmədova qapını göstərən "şirlər"i Premyer Liqada Ayxan Abbasov çalışdıracaq.

Təcrübəli mütəxəssislə anlaşan Şamaxı klubunda daha bir qərar verilib.

Belə ki, yeni rəhbərliyin gəlişindən sonrakı iki mövsümdə yalnız yerli futbolçularla yola davam edən komanda bu dəfə strategiyanı dəyişməli olub.

Klubun qapıları əcnəbilərin də üzünə açılıb.

2024/25 mövsümündə "Şamaxı" ən azı 4-5 legionerin xidmətindən yararlanmağı düşünür.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!