Ramiz Məmmədov bölgə klubuna baş məşqçi təyin edildi

27 Noyabr 2023 19:40 Şamaxı 737
Ramiz Məmmədov bölgə klubuna baş məşqçi təyin edildi

I Liqa təmsilçisi "Şamaxı"nın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kub rəhbərliyi komandanı daha yaxından tanıyan bir mütəxəssisə ehtiyac olduğunu nəzərə alaraq, tanınmış sabiq milli üzvü, baş məşqçi və hazırda İdarə Heyətinin sədr müavini Ramiz Məmmədovu bu işə cəlb edib.

Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı, mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək.

Bir neçə gün əvvəl Vüqar Əsgərli "Şamaxı"nın baş məşqçisi vəzifəsindən istefa vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"