“Allah köməyimiz olsun!” - “Neftçi”nin “şinelindən çıxan”la MÜSAHİBƏ

3 Oktyabr 2023 23:40 Şamaxı 709
“Allah köməyimiz olsun!” - “Neftçi”nin “şinelindən çıxan”la MÜSAHİBƏ

Yeni mövsümə “Qaradağ Lökbatan”la bərabərə qalaraq (1:1) uğursuz start verən “Şamaxı” ardıcıl iki turdu iddiasını ortaya qoymaqdadır.

Ötən tur “Araz Saatlı”nı 8:0 darmadağın edən “Şirlər” cari turda digər iddialı “İmişli”yə şans tanımadı – 3:0.

Sonuncu qarşılaşmanın qəhrəmanı isə şübhəsiz ki, het-trik edən “Neftçi”nin yetirməsi Emin Zamanov oldu.

Kapitanla söhbətdə komandasının hazırkı durumu və gələcək perespektivlərdən danışdıq.

- Emin, ilk öncə son oyunla bağlı nələr deyə bilərsən?

- Oyun gözlədiyimiz kimi çətin keçdi. Həm “İmişli” yaxşı futbolçulardan təşkil olunmuş komandadır həm də meydan amili bizə çətinlik yaratdı. Şükürlər olsun ki, komanda çətinliklərə baxmayaraq əzmkarlıq göstərdi və qələbə qazandıq.

- Və iddialı rəqiblə matçda het-triklə yadda qaldın…

- Təbii ki, xoş oldu. Amma komandanın nəticəsi daha vacib idi. Məni daha çox maraqlandıran və sevindirən komandamın qələbəsidir. Qol vuran, het-trik edən kim olur olsun, əsas nəticə komanda üçün uğurlu olsun.

- Maraqlıdır, daha əvvəl karyeranda belə uğurlu oyunun olmuşdumu?

- Xeyir, karyeramda ilk dəfə het-trik etdim.

- Bu ildən həm də komandanın kapitanısan. Necə hisslərdi?

- Məni kapitanlığa layiq bilib mənə həvalə etdiklərinə görə məşqçilər heyətinə təşəkkürümü bildirirəm.Çox məsuliyyətli bir işdir.

- Öhdəsindən gələ bilirsən?

- Layiq olmağa çalışıram. Bunun üçün əlimdən gələni edirəm və edəcəm.

- Mövsümə surpriz bərabərliklə başladınız, amma son iki turda inamlı qələbələrlə yadda qalırsınız. Maraqlıdır, məşqçilər korpusu nəyi dəyişdi ki, komanda özünə gəldi?

- İlk oyunlar hər zaman çətin olur və ilk turda qarşılaşdığımız “Qaradağ Lökbatan” kifayət qədər yaxşı komandadır. Müəyyən çatışmazlıqlarımız var idi. Məşqlərdə məşqçilər bunun üzərində daha çox çalışdırdı və bu növbəti oyunlarda nəticələrimizə bir başa təsir etdi.

- Əksəriyyət düşünür ki, “Şamaxı” asanlıqla çempion olub yüksək liqaya qayıdacaq. Siz komanda daxilində necə düşünürsüz?

- Komandamız keyfiyyətli,əzmkar, xarakterli futbolçulardan təşkil olunub. Hamımız bir nəfər kimi bu çempionlugu istəyirik və bunun üçun əlimizdən gələni edirik. Düşünürəm ki, rəqiblərimiz də yaxşı, keyfiyyətli komandalardır. Heç nə asan olmayacaq. Düşünürəm ki, bizi maraqlı və gərgin çempionat gözləyir və azarkeşlərimiz əmin ola bilərlər ki, çempionluq üçün meydançada son damla tərimizə qədər mübarizə aparacıyıq. Allah yardımçımız olsun!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"