Bölgə klubu icra başçısından DƏSTƏK ALACAQ

4 Avqust 2023 21:00 Şamaxı 921
Bölgə klubu icra başçısından DƏSTƏK ALACAQ

Ötən mövsüm Premyer Liqanı tərk edən "Şamaxı" birinci divizionun hazırlıqların davam etdirir.

Komandanın məqsədi yenidən elitaya qayıtmaqdır.

Bütün rəsmilər bu amal uğurunda səfərbər olunub.

Bu istiqamətdə Şamaxının icra başçısı Tahir Məmmədov da öz köməyin əsirgəmir.

Belə ki, komanda üzvləri Premyer Liqada olduğu kimi divizionda da "Şirvan" oteldə məskunlaşması onun tapşırığı əsasında mümkün olub.

Bunda başqa rayonun tək komandasının nəqliyyat problemi həll edilib.

Mövsümün gedişində isə oyunlar zamanı klub qarşısında duran bəzi tələbləri də başçı öz üzərinə götürüb.

Bu da komandanın maliyyə yükünün müəyyən qədər azalması deməkdir.

Əlavə olaraq da yerli iş adamlarının kluba dəstək göstərməsi üçün müəyyən addımların atılması planlaşdırılır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti