
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.
"Qırmızı-qaralar” son olaraq qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib.
29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Əzizlinin son klubu olan “Şamaxı” bu keçiddə "Qəbələ"yə güzəşt edib.
Belə ki, təcrübəli qapıçının "Şirlərlə" müqaviləsi olmasına baxmayaraq ona görə heç bir təzminat ödənməyib.
Halbuki daha əvvəl "Şamaxı" Rəhman Daşdəmirovun "Sabah"a keçidinə görə 50 min, Əli Səmədovun isə "Kəpəz"ə transferinə görə 10 min manat təzminat almışdı.
XANOĞLAN / SPORTİNFO.AZ