
«Şamaxı»nın sabiq çalışdırıcısı Cavid Hüseynovun işsiz günləri qısa çəkib.
Əyalət təmsilçisini Premyer Liqada saxlaya bilməyən gənc sükançı «Cəbrayıl»a qayıdıb.
O, 1 il öncə Region Liqasında çempion etdiyi komandanın sükanı arxasına qayıdıb.
Hüseynov növbəti mövsümdən II Liqada mübarizə aparacaq «Cəbrayıl»ı I Liqaya daşımağı qarşısına məqsəd qoyub.
«Qarabağ» da ona dəvət göndərmişdi. Ağdam təmsilçisinin akademiyasının yeni baş koordinatoru Aftandil Hacıyev U-16 komandasını Hüseynova tapşırmaq istəyirdi.
SPORTİNFO.AZ