Bu qapıçı Premyer Liqanı diviziona dəyişir

18 İyul 2023 23:40 Şamaxı 1 889
Bu qapıçı Premyer Liqanı diviziona dəyişir

Mehman Hacıyev "Turan Tovuz"u tərk edə bilər.

Qolkiperin xidmətində "Şamaxı" maraqlıdır.

28 yaşlı qapıçı da bu keçidə isti yanaşır.

Görünür, Aydın Bayramovun gəlişindən sonra çərçivədə yaranacaq rəqabətdə önə çıxmağın çətinliyini o da anlayır.

Danışıqlar müsbət yekunlaşsa, Mehmanı yeni mövsüm Birinci Divizionda görə bilərik.

Hacıyevin karyerası bütünlüklə qərb təmsilçisi ilə bağlıdır.

28 yaşa rəğmən, o, elitada ilk dəfə bu il debüt edib.

Meydana çıxdığı 4 görüşdə qapısından 6 qol buraxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM