
“Şamaxı” növbəti mövsümdə Vüqar Əsgərlinin sərəncamında olacaq.
Cavid Hüseynovun bölgə təmsilçisini tərk etməsindən sonra əsas komanda 39 yaşlı çalışdırıcının sərəncamına keçib.
Ötən il Premyer Liqada mübarizə aparan komandada yer alan məşqçilər və analitik (Cavid Hüseynov, Elhad Nəziri, Anar Niftəliyev, Şərafəddin Hüseynov) komandadan ayrılıb deyə, Əsgərli özünə yeni heyət yığmaq məcburiyyətində qalıb.
Pro kateqroiyalı mütəxəssisə köməkçi qismində U-18-dən ayrılan Zamir Həsənov yardım edəcək.
Qapıçılarla işləyən məşqçi funksiyasını qızlar millisində çalışmış Şahin Hüseynov yerinə yetirəcək. Ceyhun Rzayev isə analitik vəzifəsini yerinə yetirəcək.
“Şamaxı” ötən il olduğu kimi, Birinci Divizionda da doğma şəhərdə məskunlaşıb, ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.
Rəhbərlik baş məşqçinin qarşısına komandanı Premyer Liqaya qaytarmağı məqsəd qoyub.
HƏBİB / SPORTİNFO.AZ