Azərbaycan klubunda MAAŞ QALMAQALI baş qaldırdı!

12 İyul 2023 17:00 Şamaxı 1 986
Azərbaycan klubunda MAAŞ QALMAQALI baş qaldırdı!

Azərbaycan Premyer Liqasını tərk edən "Şamaxı" futbolçuların maaşın ödəmir.

Söhbət ötən mövsümdən qalan iki ay və yaxşı nəticələrə görə təyin olunan mükafatlardan gedir.

Mövsüm bir aydı başa çatıb, lakin futbolçular hələ maaş üzünə həsrətdilər.

Rəhbərlik hər dəfə bir bəhanə ilə vaxtı uzadır.

Ən son AFFA-nın ödəmələri etmədiyi diqqətə çatdırılıb.

Qısa müddət əvvəl isə klubla yolları davam etdirən oyunçulara gecikən ödəmələr edilib.

Lakin ayrılan futbolçularla bağlı problem davam edir.

Düşərgəni tərk edənlərin səbr kasasını daşıran son damla da bu olub.

Əgər pul yoxdusa, heç kimə verilməsin.

Yox, verilirsə hamıya niyə verilmir?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti