
"Sabah" yay fasiləsində ilk transferini həyata keçirib.
Masazır klubu "Şamaxı"nın mərkəz müdafiəçisi Rəhman Daşdəmirovla anlaşıb.
Klublar arasında danışıqlar müsbət yekunlaşıb.
23 yaşlı arxa xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.
Daşdəmirov son mövsüm 37 görüşdə meydana çıxıb və 1 qolla yadda qalıb.
"Neftçi"nin yetirməsi "Şamaxı"dan başqa MOİK-in də şərəfin qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ