"Məqsədimiz 1 il sonra yenidən Premyer Liqaya qayıtmaqdır"

19 İyun 2023 21:00 Şamaxı 1 031
"Məqsədimiz 1 il sonra yenidən Premyer Liqaya qayıtmaqdır"

"Bütün diqqəti işimizə ayıracağıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli deyib.

Premyer Liqada sonuncu yeri tutan əyalət təmsilçisi növbəti mövsümə I Divizionda başlayacaq.

Cavid Hüseynovla birgə gəlsə də, onun istefasından sonra burada qalmağı üstün tutan gənc mütəxəssis yeni sezondakı hədəflər barədə söz açıb:

"Müəyyən danışıqlar gedir ki, komandadakı boşluqları tez bir zamanda aradan qaldıraq. Məqsədimiz bir il sonra yenidən elitaya qayıtmaq olacaq.

Bunun üçün əlimizdən gələni edəcəyik. Tezliklə işə başlayacağıq".

Digər Xəbərlər
Xəbər Lenti