Cavid Hüseynovun "Şamaxı" ilə yollarını ayırması barədə xəbəri bir neçə gün öncə tirajlamışdıq.
Daha sonra klub bu informasiyanı təsdiqlədi. Bildirildi ki, rəhbərliklə məşqçilər heyəti arasında iclas keçirilib.
Toplantıda 2023-24-cü illər mövsümünün planları, klubun strategiyası müzakirə edilib. Alınan qərara əsasən məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə klub rəhbərliyi arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyini bildirdiyindən onunla qarşılıqlı razılaşma ilə müqaviləsinə xitam verilib.
Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.
Eyni zamanda, komandanın oyunçuları Elvin Məmmədovun, Amil Yunanovun, Rauf Hüseynlinin, Kamal Mirzəyevin və Tapdıq Əhmədovun müqavilə müddətləri, Nihad Quliyevin isə icarə müddəti başa çatdığından komandadan ayrılıblar.
Cavid Hüseynovun ötən ilin iyununda təyinat aldığı klubdan ayrılması, bəyanatda qeyd olunduğu kimi, rəsmilərlə yaşadığı fikir ayrılıqları ilə əlaqədardır.
Açıqlamada konkret detallara toxunulmur. Amma bizə bəzi detallar məlumdur. Məsələn, funksionerlərin Şərafəddin Hüseynovu burada görmək istəməməsi.
Cavid Hüseynovdan analitik vəzifəsini tutan qardaşını görəvdən alması tələb olunub. Çalışdırıcı Almaniyada məşqçi təhsili almış Şərafəddini komandadan uzaqlaşdırmaqdan imtina edib.
O. həmçinin əsas heyətin müəyyənləşdirilməsi ilə bağlı məsləhətləri dimləməyib. Üstəlik, bəzi əməkdaşların gündəlik məşq prosesini izləməsinə qadağa qoyub.
«Şamaxı» başbilənləri sonadək gözləyib və Premyer Liqadan düşəcəkləri rəsmiləşən kimi ona qapını göstəriblər.
SPORTİNFO.AZ

