
"AFFA İcraiyyə Komitəsinin qərarı artıq hər kəsə məlumdur.
Biz də bu qərara uyğun artıq planlarımızı həyata keçirəcəyik".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şamaxı"nın yeni baş məşqçisi Vüqar Əsgərli dilə gətirib.
Çalışdırıcı hər kəslə halallaşıb ayrıldıqlarını bildirib:
"Klubdaxili iclasdan sonra bəzi məşqçilər və futbolçularla qarşılıqlı razılaşma ilə yolları ayırdıq. Hər kəslə həm maddi, həm də mənəvi olaraq halallaşdıq.
Mənim hələ bir illik müqaviləm qalırdı və rəhbərlikdən gələn yeni təkliflə razılaşıb işimə davam etməyə qərar verdim".
XANOĞLAN