Bu xəbər Premyer Liqa klublarımızı ÜZƏCƏK

15 İyun 2023 23:40 Şamaxı 2 070
Bu xəbər Premyer Liqa klublarımızı ÜZƏCƏK

“Şamaxı”nın yeni mövsümü birinci divizionda başlayacağı böyük ölçüdə dəqiqləşib.

Qalır rəsmi qərarın AFFA İcraiyyə Komitəsinin iclasında açıqlanması.

Amma digər klublar indidən bölgə klubunun futbolçularını “oğurlamaq” yolunda axtarışlarını davam etdirir.

Məsələn, Fuad Bayramovun “Zirə”, Zahid Mərdanovun “Kəpəz”, Bahadur Həziyevin “Səbail”lə adı hallanır.

Ən azı 6-7 belə oyunçu digər klubların gündəmindədir.

İşin pis tərəfi odur ki, adışəkilən futbolçuların Şamaxı təmsilçisi ilə müqavilələri var.

Klublar isə ümid edir ki, divizionda iştirak edəcək klub qısa müddətdə getmək istəyənlərə azad agent statusu verəcək.

Amma buna bel bağlamaq mənasızdır.

“Şamaxı” aşağı liqada çıxış etsə belə, getmək istəyənləri asanlıqla buraxmaq fikrində deyil.

Maaşları yüksək olan 2-3 futbolçudan başqa qalanları ilə yollar davam etdiriləcək.

Ən yaxşı halda təzminat ödəməklə kimisə “Şirlər”dən qoparmaq mümkün olacaq.

Təbii ki, bu da digər Premyer Liqa iştirakçılarına əlverişli sayıla bilməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti