Premyer Liqasından Region Liqasına - Baş məşqçi dönüşü

13 İyun 2023 14:40 Şamaxı 1 391
Premyer Liqasından Region Liqasına - Baş məşqçi dönüşü

“Şamaxı”nın sükanı arxasından ayrılan Cavid Hüseynov işsiz qalmayıb.

Gənc mütəxəssis yenidən “Cəbrayıl”a qayıdıb.

İki il öncə yaradılan klub Region Liqasının ötənilki qalibidir.

Qarabağın erməni işğalından azad olunan rayonunun eyniadlı təmsilçisi 2022-ci ilin mayında məhz Hüseynovun rəhbərliyi altında bu uğuru əldə edib.

O, “Şamaxı”da çalışandan sonra da “Cəbrayıl”la əlaqələrini kəsməyib. Qeyri-rəsmi formada komandaya maddi-mənəvi dəstək verib.

“Şamaxı” bu mövsümün yekunlarına əsasən, Premyer Liqa ilə vidalaşıb.

Əyalət təmsilçisinin I Diviziona düşməsi bəlli olandan sonra rəhbər fiqurlarla çalışdırıcı arasında ciddi fikir ayrılığı yaranıb, nəticədə o, buranı tərk etməli olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!