Bölgə klubunda yeni məşqçilər GÖRƏVƏ GƏTİRİLDİ

12 İyun 2023 21:00 Şamaxı 1 998
Bölgə klubunda yeni məşqçilər GÖRƏVƏ GƏTİRİLDİ

"Şamaxı" yeni mövsümə yeni məşqçilər korpusu ilə start verəcək.

Artıq bir neçə gün əvvəldən xəbər verdiyimiz kimi, Cavid Hüseynovla yolları ayıran komandanın baş məşqçisi Vüqar Əsgərli olacaq.

Əsgərli öz korpusunu formalaşdırmağa start verib.

İlk ad da bizə məlumdur.

Söhbət veteran qapıçı Amil Ağacanovdan gedir.

Sonuncu iş yeri "Araz Naxçıvan" olan gənc mütəxəssis bundan sonra bölgə klubunda qapıçılar üzrə məşqçi kimi çalışacaq.

Qeyd edək ki, 37 yaşlı "əlcək ustası" karyerası ərzində "Olimpik", "Bakı", AZAL, "Simurq" kimi klublarda çıxış edib. 2004-2005-ci illərdə 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü olub və 8 görüşdə meydana çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti