"Şamaxı" tədbir aldı - Premyer Liqa, yoxsa Birinci Divizion?

13 İyun 2023 19:40 Şamaxı 2 462
"Şamaxı" tədbir aldı - Premyer Liqa, yoxsa Birinci Divizion?

Mövsümü sonuncu pillədə başa vuran "Şamaxı"nın yeni sezona birinci divizionda, yoxsa yüksək liqada başlayacağı hələ də sual olaraq qalır.

Əsasnamə aşağı dəstəni göstərir.

Amma ümid var ki, bu həftə baş tutacaq AFFA İcraiyyə Komitəsinin (İK) iclasında "Şirlər" adına müsbət qərar verilsin.

Məsələn, klub sayı 12-yə qaldırıla bilər, hazırkı klublarla yola davam qərarı verilə bilər və.s.

Amma bölgə klubu hər iki duruma hazırdı.

Belə ki, klubdaxili iclas baş tutub. Hər iki istiqamət üzrə planlar təsdiqlənib.

Rəhbərlik İK-nın iclasında açıqlanacaq qərara uyğun istiqamət üzrə hərəkətə keçəcək.

Premyer Liqada qalası olsalar heyət gücləndiriləcək.

Aşağı liqada mübarizə aparmalı olsalar kiçik əl gəzdirmə ilə yola indiki heyətlə davam ediləcək.

Məqsəd isə bir illik fasilədən sonra yüksək liqaya qayıtmaqdır.

Heç bir halda kollektivdə ciddi parçalanma yaşanmayacaq.

Bir sözlə, rəhbərlik ən pis gedişata da hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti