Azərbaycan klubunun liderinə 3 ölkədən TƏKLİF VAR

7 İyun 2023 22:40 Şamaxı 3 938
Azərbaycan klubunun liderinə 3 ölkədən TƏKLİF VAR

"Şamaxı"nın futbolçusuna ölkə xaricindən təkliflər var.

Söhbət müdafiəçi Fuad Bayramovdan gedir.

Yaxşı mövsüm keçirən arxa xətt oyunçusunun xidmətində İsrail, Polşa və Yunanıstan klubları maraqlıdır.

Yerli klublardan da Fuadı heyətində görmək istəyənlər var. Söhbət "Kəpəz" və "Sumqayıt"dan gedir.

Amma 25 yaşlı oyunçu qərar verməyə tələsmir.

2025-ci ilə qədər bölgə klubu ilə müqaviləsi olan oyunçu bu ayın 15-i AFFA İcraiyyə Komitəsinin baş tutacağı iclasın gözləyir.

Məhz həm gün İK-nın qərarından asılı olaraq bilinəcək "Şamaxı" Premyer Liqada qalır, yoxsa birinci diviziona düşür.

Fuad da öz seçimin ondan sonra edəcək.

"16 nömrə" bu mövsüm əyalət təmsilçisinin heyətində 36 oyunda 4 qol, 8 qol ötürməsi ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti