Bölgə kubunun kapitanı qərarın verdi - daha bir il...

13 İyun 2023 22:20 Şamaxı 1 414
Bölgə kubunun kapitanı qərarın verdi - daha bir il...

Azərbaycan millisinin sabiq üzvü Elvin Məmmədova karyerası ilə bağlı qərarın verib.

34 yaşlı futbolçu daha bir il peşəkar futbol oynamaq istəyir.

Əgər təklif olsa, o, yeni mövsümdə də sevimli peşəsini davam etdirəcək.

Məmmədov son mövsümü "Şamaxı"da keçirib.

Bölgə klubunun kapitanı forma geyindiyi 30 görüşdə 3 qol ötürməsi edib.

Tovuz futbolunun yetirməsi daha əvvəl "Turan", "Qarabağ", "Bakı", "Zirə", "Sumqayıt" və "Qəbələ" klublarının şərəfin qoruyub.

O, Azərbaycan millisində 38 oyun keçirib və 7 qolun müəllifi olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər

2013 - 2026 Sportinfo.az Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.