“Şamaxı”nı təhqir edənləri, asıb-kəsənləri anlamıram” - VİDEO

7 İyun 2023 15:00 Şamaxı 722
“Şamaxı”nı təhqir edənləri, asıb-kəsənləri anlamıram” - VİDEO

“Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğlu AFFA rəhbərliyinə çağırış edib.

O, “Şamaxı”nın Premyer Liqada qalmasının məqsədəuyğun olduğunu bildirib.

Tanınmış telejurnalist deyib ki, bölgə komandası sonuncu pilləni tutsa da, ölkə futboluna bir sıra gənclər qazandırıb və onların ardıcıllarının yollarının açılması üçün elitada saxlanılmaları vacibdir:

“Şamaxı”nı təhqir edənləri, asıb-kəsənləri anlamıram. Komanda sırf yerli futbolçulardan qurulsa da, heç kimin qarşısında “qapazaltı” olmadılar.

Bacardıqları qədər mübarizə apardılar. Bəyəm bütün komandalar çempion olmalı, avrokuboklara vəsiqə qazanmalıdır?

Adını heç kimin eşitmədiyi burada oynayıb özünü tanıtdı. “Şamaxı” onlara karyera qurmaq üçün şans verdi".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti