İki hərəkətlə mövsümün oyununu bitirən ADAM - Şamaxıda onu çox xatırlayacaqlar…

2 İyun 2023 23:40 Şamaxı 696
İki hərəkətlə mövsümün oyununu bitirən ADAM - Şamaxıda onu çox xatırlayacaqlar…

Azərbaycan Premyer Liqasının sonuncu turunun maraqla gözlənilən matçı Bayılda baş tutdu.

Burada elitada qalmaq uğurunda mübarizə aparan "Səbail" və "Şamaxı" üz-üzə gəldi.

Bəzi futbol adamları tərəflərin qarşıdurmasın hətta mövsümün oyunu adlandırırdı.

Meydan sahiblərini bərabərlik də qane edirdisə, qonaqlar mütləq qələbə qazanmalı idi.

Şahin Diniyevin yetirmələrinin minimal hesablı qələbəsi ilə (1:0) başa çatan görüşün müqəddəratını bölgə klubunun futbolçusu Cəlal Hüseynov təyin etdi.

Bilirəm, təəccüblü səsləndi.

Amma cümlədə qəribəlik olduğu qədər həqiqət çaları var.

Belə ki, görüşün ilk təhükəli vəziyyətini "şirlər" yaratdı.

Elə ikinci dəqiqədəcə Cavid Hüseynovun yetirmələri hesabı aça bilərdi.

Lakin mərkəz müdafiəçisi əla vəziyyətdə topu başla qapıdan kənara vurdu.

"Şamaxı"nın əsas simalarından sayılan Cəlal tərəfdarları bu epizodda qolu qaçırmaqla üzməyi yetmədi.

Fasiləyə saniyələr qalmış "18 nömrə" bu dəfə kobud səhvlə yadda qaldı.

Arxa xəttt oyunçusu sadə epizodda uşaq səhvi edincə meydan sahibləri hesabı açdı.

Mazurek onun xətasını bağışlamadı.

Onsuz da vəziyyəti ağır olan bölgə klubun bundan sonra toparlanması daha da çətinləşmiş oldu.

Ölüm-qalım matçında bir komandanın liderlərindən biri belə yanlışla yadda qalırsa, onda hansısa şanslardan danışmağa dəyməz.

Bunu digər gənclərdən gözləmək olardı.

Ancaq milli komandada oynamış, "Zirə" və "Şamaxı"da çox sayda Premyer Liqa oyununa çıxmış Cəlaldan yox.

Yəqin ki, özü kimi Şamaxı futbolsevərləri də hələ uzun müddət bu anı xatırlaycaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?