"Şamaxı" müəmması: Legionerlər yoxdur, yerlilər bəhanədir - VİDEO

29 May 2023 14:00 Şamaxı 643
"Şamaxı" müəmması: Legionerlər yoxdur, yerlilər bəhanədir - VİDEO

Premyer Liqada cari mövsüm başa çatdı. "Şamaxı" sonuncu pilləni tutaraq, elitanı tərk etdi.

İki gündür futbol ictimaiyyətində müzakirə mövzusu əyalət təmsilçisinin gələcək aqibətidir.

Deyənlər var ki, komanda çempionatda yerli gənc futbolçulara şans verdiyindən, burada saxlanılması lazımdır.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib.

Onun fikrincə, tribunalardan uzaq qalan, Premyer Liqanın obyektivliyinə daim lağ predmeti ilə yanaşan futbolsevərlərə göstərmək lazımdır ki, heç də bütün vədlər kağız üzərində qalmır, reallaşır.

Tanınmış telejurnalist deyib:

"Əlbəttə, "Şamaxı"da yerli futbolçuların oynaması önəmli üstünlük idi, biz də buna sevinirik. Amma unutmayaq ki, bu siyasətlə də uğur qazanmaq müşkül məsələdir.

Mövsümün əvvəlindən bunu deyirdik. Belə fikirləri əlində bayraq edənlərə ən azından Türkiyənin "Altınordu"sunu nümunə göstərmək olar.

Belə ki, türk futboluna önəmli isimlər qazandıran komanda artıq ikinci liqaya yuvarlanıb.

Yəni, sözümün canı odur ki, belə məsələni gündəmə gətirmək əvəzinə, Premyer Liqada qalmaq üçün ən azından pul xərcləyib düzgün strategiya ilə daha çox təcrübəli futbolçularla oynamaq olardı".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"