Braziliyalıdan paytaxt klubunu sevindirən SON XƏBƏR

23 Aprel 2022 20:00 Şamaxı 881
Braziliyalıdan paytaxt klubunu sevindirən SON XƏBƏR

"Şamaxı"nın bu mövsüm ən məhsuldan oyunçusu olan Pelipe Santosdan şad xəbər var.

Belə ki, braziliyalı vinger zədəsini tam sağaldıb.

O, sabah Premyer Liqanın "Sabah"la baş tutacaq qarşılaşmasında meydanda olacaq. Baş məşqçi Rüstəm Əliyev futbolçunun xidmətindən yararlanmağı düşünür.

17-ci turun "Qarabağ"la matçında zədə alaraq, 45-ci dəqiqədə əvəzlənməli olmuş futbolçu sonrakı 6 matçın heç birində komandasına kömək edə bilməyib.

Bölgə klubunun önəmli futbolçularından sayılan Santos bu mövsüm oynadığı 16 matçda 5 qol və 3 asistlə yadda qalmağı bacarıb.

"Bank Respublika Arena"da keçiriləcək Sabah" - "Şamaxı" qarşılaşması sabah, saat 18:30-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"