Baş məşqçi istefası bölgə klubunda QƏRAR DƏYİŞDİ

19 Aprel 2022 23:20 Şamaxı 1 312
Baş məşqçi istefası bölgə klubunda QƏRAR DƏYİŞDİ

Mövsüm sonu "Şamaxı"dan ayrılmağa qərarlı olan Amil Yunanov fikrini dəyişib.

Buna səbəb ona mövsüm boyu demək olar şans tanımayan Sənan Qurbanovun baş məşqçi vəzifəsindən istefa verməsi olub.

29 yaşlı forvard yeni məşqçi təyinatını gözləyəcək. Ki, onun gələcək planlarına daxil olub-olmamasını dəqiqləşdirsin. Yunanov məhz bundan sonra gələcəyi ilə bağlı yekun qərarını verəcək.

Amil Yunanov bu mövsüm "Şamaxı"nın heyətində cəmi 11 matçda oynamaq fürsəti qazanıb. Onun da əksəri əvəzetmədən meydana çıxmaqla olub. O, bu matçlarda 2 qol və 1 asistlə yadda qalmağı bacarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti